AZ

Suriya millisinin fanatlarından ABŞ-ın ünvanına təhqiramiz şüarlar

Noyabrın 19-da Volqoqradda Rusiya və Suriya yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyununda idman adına xoşagəlməz hadisə yaşanıb.

Arena.az məlumat verir ki, meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatmış oyunda qonaq azarkeşlər Amerika Birləşmiş Ştatlarının (ABŞ) ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

Sosial şəbəkələrdə yayımlanan videolarda, Suriya yığma komandasının azarkeşlərinin “Volqoqrad Arena”nın tribunalaraltı məkanında ABŞ-ın ünvanına təhqiramiz şüarlar səsləndirməsinin əks edildiyi görünür. Ən ədəbli şüar isə “Cəhənnəm olsun Amerika!” şüarıdır. Digər şüarlar isə əxlaqdankənar “buket”dən ibarətdir.

Seçilən
44
arena.az

1Mənbələr