AZ

Nazir poçt şöbələrinin bağlanmasının səbəbini açıqladı

Milli Məclisin komitələrində  deputatlar tərəfindən əsas qaldırılan  və narahat edən məsələlərdən biri də yerlərdə poçt şöbələrinin bağlanması olub.

Ölkə. Az xəbər verir ki,  məsələyə aydınlıq gətirən maliyyə naziri Samir Şərifovun sözlərinə görə,  poçt şöbələrinin bağlanmasının  əsas  səbəbi Dünya Bankının verdiyi krediti dayandırmasıdır: “Bu poçt şöbələri Dünya Bankının ayırdığı  kredit hesabına Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyi tərəfindən tikilərək istifadəyə verilib. Lakin həmin poçtlar özünümaliyyələşdirməni  həyata keçirə bilmədiyindən poçtlar bağlandı. Amma bu məsələyə yenidən baxmaq olar. Bu məsələ nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə müzakirə etmək lazımdır. Burada əsas məsələ vətəndaşların kommunla köçürmələri ilə bağlı olan məsələdir”, - nazir qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
21
olke.az

1Mənbələr