"Barselona"nın sabiq baş məşqçisi Xavi Hernandez "İnter Mayami" təklifini qəbul etməyəcək.
QOL.az xəbər verir ki, bu barədə "Bein Sports" məlumat yayıb. 44 yaşlı ispaniyalı mütəxəssis mövsümün ortasında heç bir təklifi qəbul etməyəcək. Onun istəyi mövsümün əvvəlindən yeni layihəyə başlamaqdır.
Qeyd edək ki, daha öncə "İnter Mayami"nin baş məşqçisi Xerardo Martinonun komandanı tərk edəcəyi və Xavinin onun əvəz edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.