AZ

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olundu

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün mövcud potensial diqqətə çatdırılıb.

Tərəflər birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti və tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri barədə müzakirə aparıblar.

Bizim.Media

Seçilən
5
10
bizim.media

10Mənbələr