AZ

Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcək

Bakı. Trend:

23-24 noyabrda Yunanistanın Saloniki şəhərində cüdo üzrəyeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.

Trend xəbər verir ki, 30ölkədən 476 idmançının qatılacağı turnirdə Azərbaycan oğlanlararasında 8 çəki dərəcəsində 20 nəfərdən ibarət heyətlə təmsilolunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçiləri NicatŞıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək.

Yarışa qatılacaq heyəti təqdim edirik:

-50 kq.
Anar Quliyev

-55 kq.
Rüstəm Qasımzadə
Emil Hüseynli
Məhəmmədəli Hüsiyev
Məhəmməd Rüstəmli

-60 kq.
Zeyd Ələsgərov
İlkin Qarayev
Abdullah Kərimov

-66 kq.
Ayxan Ələkbərov
Özqan Quliyev
Fəxri Sahibzadə

-73 kq.
Məhəmməd Ağakişiyev
Səid Şərifov

-81 kq.
Məhəmməd Abbasəli
Amin Mehdiyev
Abdullah Rəhmətov

-90 kq.
Səid Hüseynov

+90 kq.
Sübhan Axundov
Tunar Fərzəliyev
Cavidan Məsimov

Seçilən
49
az.trend.az

1Mənbələr