AZ

“Bu üzdən Fərid Nəbiyevlə Rüfət Abdullazadəyə şans verə bilərdi” – Fernando Santuş kimi unudub?

Fernando Santuş yığmaya baş məşqçi təyin olunandan sonra heyətdə hər dəfə yeni adlar gördük - Zamiq Əliyev, Şəhriyar Əliyev, Xəyal Nəcəfov, Rza Cəfərov, Vadim Abdullayev, Mustafa Əhmədzadə...

Bəs bu gün yığmaya layiq olan, amma Santuşun taktiki mülahizələri üzündən kənarda qalan hansı futbolçular var?

“Football-plus.az” bu sualı menecer Emil Şükürova ünvanladı:

“Baş məşqçinin işinə qarışmağın tərəfdarı deyiləm. İndiki heyət yaxşı yığılıb. Məşqçinin işi hiss olunur. Millinin C liqasında qalmaq şansı az idi, bu üzdən Fərid Nəbiyevlə Rüfət Abdullazadəyə şans verə bilərdi. Amma onların da start heyətində meydana çıxacağı inandırıcı görünmür. Xüsusi istedadı olan, millidən kənarda qalan başqa bir oyunçunu fərqləndirə bilməyəcəm”.


ƏSƏD SEYİDOV
Seçilən
33
football-plus.az

1Mənbələr