AZ

ABŞ və Almaniya Ukraynaya yeni hərbi yardım paketləri göndərib

ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası və Almaniya hökuməti Ukraynaya yeni hərbi yardım paketləri açıqlayıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında və Almaniya hökumətinin saytında məlumat verilib.

Belə ki, Amerika tərəfi 275 milyon dollar məbləğində hərbi yardım göndərib ki, bu da qeyd edildiyi kimi, təhlükəsizlik və müdafiə sahəsində “Ukraynanın kritik ehtiyaclarını ödəmək üçün” edilib.

Pentaqonun bəyanatında deyilir: "Bu elan Bayden Administrasiyasının Müdafiə Departamentindən Ukraynaya 2021-ci ilin avqustundan başlayaraq təmin edəcəyi yardımın 70-ci tranşıdır".

Almaniyada da öz növbəsində ölkənin Kiyevə 28 milyard avro məbləğində yardım göndərdiyini bildiriblər.

Seçilən
53
aznews.az

1Mənbələr