AZ

ABŞ BMT-nn Qəzzada atəşkəslə bağlı qətnaməsini BLOKLADI

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qəbul etdiyi qətnaməni bloklayıb.

İnterpress.az xəbər verir ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının “dərhal, qeyd-şərtsiz və daimi atəşkəs”ə çağıran yeni qətnamə layihəsinə növbəti dəfə veto qoyub.

Yüksək rütbəli amerikalı məmur bu barədə hələ səsvermədən əvvəl xəbərdarlıq edib. O bildirib ki, Vaşinqton israilli məhbusların dərhal azad olunmasını tələb etməyən mətni dəstəkləməyəcək.

Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü sənədin lehinə səs verib. ABŞ onun əleyhinə səs verən yeganə ölkədir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
interpress.az

1Mənbələr