AZ

BMT Təhlükəsizlik Şurası toplandı, ancaq... - ABŞ yenə veto qoydu, HƏMAS-ı hədələdi

Bu gün BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal atəşkəs, əsirlərin azad edilməsi və aclıqdan ölənlərin qarşısının alınmasını tələb edən qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının 10 seçilmiş üzvü - Əlcəzair, Ekvador, Qayana, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin təqdim etdiyi qətnamə layihəsi səsverməyə çıxarılıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, əsirlər azad edilmədən qeyd-şərtsiz atəşkəs tələbini dəstəkləyə bilməzlər: "Müharibə əsirlərin azad edilməsi ilə həmişəlik bitə bilər”. 

Vud açıqlamasında HƏMAS-ı təhdid də edib: "Əgər HƏMAS danışıqlar masasına tezliklə oturmasa, bir daha belə təşəbbüs olmayacaq".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
23
6
mia.az

10Mənbələr