Azərpoçt
İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis
Son tarix 20 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identivliyinin müəyyən olunması üçün lazımi ölçülər götürmək;
- Hücumlar, müdaxilələr və qeyri-adi, icazəsiz və qeyri-qanuni fəaliyyətlərə nəzarət;
- Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
- Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya
- Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq;
- İnformasiya Təhlükəsizliyi sistemlərinin dəstəklənməsi (SIEM, Endpoint Security, Privileged Access Management, NGFW, IDS/IPS, WAF, DLP);
- Daxili işçilər və üçüncü tərəf təchizatçılar üçün təhlükəsizlik təlimlərinin təmin olunmasına məsul olmaq;
- Yeni/mövcud təhlükəsizlik alətlərin tətbiqi/təkmilləşdirilməsi.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- İnformasiya Təhlükəsizliyi, və ya İT sahəsində minimum 3 il iş təcrübəsi;
- Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
- Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
- Yüksək ünsiyyət bacarığı;
- Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
- Windows(AD, DNS, Group Policy), *nix Əməliyyat Sistemləri;
- Virtualizasiya texnologiyaları(ESXi, Hyper-V);
- Şəbəkə texnologiyaları;
- Şəbəkə Firewall-ları, IDS/IPS;
- Təhlükəsizlik sertifikatları və protokolları/portları;
- Log/Event faylların araşdırılması;
- “Endpoint” təhlükəsizliyi;
- PAM texnologiyaları;
- SIEM texnologiyaları;
- DLP texnologiyaları;
- Veb tətbiq Firewall-ları (WAF);
- İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin mövcudluğuna üstünlük verilir.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
İnnovativ məhsullar üzrə satış mütəxəssisi
Son tarix 20 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin innovativ həlləri, məhsul və xidmətlərinə ehtiyacı olan və potensial müştərilər ola biləcək orta və kiçik müəssisələrini müəyyən etmək;
- Potensial müştəri siyahısı yaratmaq və siyahıya uyğun olaraq müştərilərin cəlb edilməsi;
- Xidmət və məhsulların üstünlüklərini izah və təqdim etmək məqsədilə müştərilərlə üz-üzə görüşlər keçirmək, məhsulları təqdim və təklif etmək;
- Orta və kiçik müəssisə sahibləri və qərar qəbul edən şəxslərlə satış müqavilələrini bağlamaq;
- Uzunmüddətli iş əlaqələrini inkişaf etdirmək üçün yüksək səviyyədə müştəri xidmətini təmin etmək;
- Bazar trendləri, rəqiblər və qaydalar haqqında məlumatlı olmaq;
- Daxili komandalarla əməkdaşlıq edərək xidmət və məhsulların satışını vaxtında həyata keçirilməsini təmin etmək;
- Satış hədəflərinə nail olmaq məqsədilə səmərəli təkliflər irəli sürmək;
- Təyin olunmuş müddətlərdə və təsdiq olunmuş formada həyata keçirilmiş işlər haqqında hesabatlar təqdim etmək;
- Danışıqlar keçirilərkən danışıq qaydalarına və iş etikasına riayət etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Satış üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan və rus dili biliyi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Əla ünsiyyət və təqdimat bacarığı;
- Satış və müştəri yönümlülük;
- Komandada işləmək bacarığı;
- Nəticəyönümlülük.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnnovativ məhsullar üzrə satış mütəxəssisi” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Beynəlxalq daşımalar üzrə satış şöbəsinin müdiri
Son tarix 20 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- E-kommersiya istiqamətində yeni beynəlxlaq və yerli tərəfdaşlıqların qurulması
- Yerli və xarici tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi;
- Beynəlxalq tərəfdaşlarla strukturlaşdırılmış əməkdaşlıq çərçivələrini inkişaf etdirmək və saxlamaq;
- Rəqiblər, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmaddi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
- Yeni satış kanallarının tapılması, satışın stimullaşdırılması
- Şirkətin müxtəlif məhsul və xidmətləri ilə bağlı satış planlarının hazırlanması və təsdiq olunmuş planların icrasının təmin etmək;
- Rəqiblərin fəaliyyəti və tendensiyaların təhlil edilməsi;
- Strateji və taktiki satış təşəbbüslərinin irəli sürülməsi
- Xidmət və məhsulların satışına dəstək göstərilməsi məqsədilə marketinq kommunikasiyasına aid olan məzmunun yoxlanılması və lazımı hallarda tövsiyələrin verilməsi;
- Ünsiyyət, tədqiqat, təşkilatçılıq, problem həll etmə, analitik yazı və təqdimat bacarıqları;
Vəzifə üzrə tələblər:
- Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi, BİM və.s) təhsil;
- Kommersiya istiqamətində 2 il iş təcrübəsi;
- Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
- Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
- İngilis dili və Rus dillərində səlis yazılı və şifahi
- Komanda şəklində işləmək bacarığı;
- Hesabatlıq və təqdimat bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
- Mütəmadi olaraq ezamiyyəyə getmək imkanı
- Sürətli poçt daşıması istiqamətində tərcübəyə üstünlük verilir
İş şəraiti
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “ Beynəlxalq daşımalar üzrə satış şöbə müdiri” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis / baş mütəxəssis
Son tarix 20 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Əməliyyat risklərinin təhlili, icrası və hesabatlığının aparılması
- Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- Cəmiyyətin məhsul, xidmətlərinin və proseslərinin risk yönümlü təhlili;
- Risklərin idarə olunması üzrə (limit, səlahiyyət təyini və risk indikatorların yaradılması) təkliflərin verilməsi;
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;
Vəzifə üzrə tələblər:
- Minimum 2/3 il iş təcrübəsi olan (Maliyyə, bank əməliyyatları, əməliyyat risklərin idarə olunması sahəsi üzrə arzuolunandır);
- Yüksək səviyyədə MS Excel bilikləri (Power BI proqram – üstünlük verilir)
- Komandada işləmək bacarığı
- Təqdimat və ünsiyyət bacarığı
- Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili -orta səviyyədə.
- Sürətli öyrənmə qabiliyyəti
- Stresə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.