AZ

"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR

Azərpoçt

İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis

Son tarix 20 dek 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identivliyinin müəyyən olunması üçün lazımi ölçülər götürmək;
  • Hücumlar, müdaxilələr və qeyri-adi, icazəsiz və qeyri-qanuni fəaliyyətlərə nəzarət;
  • Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
  • Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya
  • Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq;
  • İnformasiya Təhlükəsizliyi sistemlərinin dəstəklənməsi (SIEM, Endpoint Security, Privileged Access Management, NGFW, IDS/IPS, WAF, DLP);
  • Daxili işçilər və üçüncü tərəf təchizatçılar üçün təhlükəsizlik təlimlərinin təmin olunmasına məsul olmaq;
  • Yeni/mövcud təhlükəsizlik alətlərin tətbiqi/təkmilləşdirilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • İnformasiya Təhlükəsizliyi, və ya İT sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Yüksək ünsiyyət bacarığı;
  • Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
  • Windows(AD, DNS, Group Policy), *nix Əməliyyat Sistemləri;
  • Virtualizasiya texnologiyaları(ESXi, Hyper-V);
  • Şəbəkə texnologiyaları;
  • Şəbəkə Firewall-ları, IDS/IPS;
  • Təhlükəsizlik sertifikatları və protokolları/portları;
  • Log/Event faylların araşdırılması;
  • “Endpoint” təhlükəsizliyi;
  • PAM texnologiyaları;
  • SIEM texnologiyaları;
  • DLP texnologiyaları;
  • Veb tətbiq Firewall-ları (WAF);
  • İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin mövcudluğuna üstünlük verilir.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. 

 

İnnovativ məhsullar üzrə satış mütəxəssisi

 Son tarix 20 dek 2024  - [email protected]

Vəzifə öhdəlikləri:

  • Şirkətin innovativ həlləri, məhsul və xidmətlərinə ehtiyacı olan və potensial müştərilər ola biləcək orta və kiçik müəssisələrini müəyyən etmək;
  • Potensial müştəri siyahısı yaratmaq və siyahıya uyğun olaraq müştərilərin cəlb edilməsi;
  • Xidmət və məhsulların üstünlüklərini izah və təqdim etmək məqsədilə müştərilərlə üz-üzə görüşlər keçirmək, məhsulları təqdim və təklif etmək;
  • Orta və kiçik müəssisə sahibləri və qərar qəbul edən şəxslərlə satış müqavilələrini bağlamaq;
  • Uzunmüddətli iş əlaqələrini inkişaf etdirmək üçün yüksək səviyyədə müştəri xidmətini təmin etmək;
  • Bazar trendləri, rəqiblər və qaydalar haqqında məlumatlı olmaq;
  • Daxili komandalarla əməkdaşlıq edərək xidmət və məhsulların satışını vaxtında həyata keçirilməsini təmin etmək;
  • Satış hədəflərinə nail olmaq məqsədilə səmərəli təkliflər irəli sürmək;
  • Təyin olunmuş müddətlərdə və təsdiq olunmuş formada həyata keçirilmiş işlər haqqında hesabatlar təqdim etmək;
  • Danışıqlar keçirilərkən danışıq qaydalarına və iş etikasına riayət etmək.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Satış üzrə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dili biliyi;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Əla ünsiyyət və təqdimat bacarığı;
  • Satış və müştəri yönümlülük;
  • Komandada işləmək bacarığı;
  • Nəticəyönümlülük.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “İnnovativ məhsullar üzrə  satış mütəxəssisi” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. 

 

Beynəlxalq daşımalar üzrə satış şöbəsinin müdiri

 Son tarix 20 dek 2024  - [email protected]

Vəzifə öhdəlikləri:

  • E-kommersiya istiqamətində yeni beynəlxlaq və yerli tərəfdaşlıqların qurulması
  • Yerli və xarici tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi;
  • Beynəlxalq tərəfdaşlarla strukturlaşdırılmış əməkdaşlıq çərçivələrini inkişaf etdirmək və saxlamaq;
  • Rəqiblər, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmaddi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
  • Yeni satış kanallarının tapılması, satışın stimullaşdırılması
  • Şirkətin müxtəlif məhsul və xidmətləri ilə bağlı satış  planlarının hazırlanması və təsdiq olunmuş planların icrasının təmin etmək;
  • Rəqiblərin fəaliyyəti və tendensiyaların təhlil edilməsi;
  • Strateji və taktiki satış təşəbbüslərinin irəli sürülməsi 
  • Xidmət və məhsulların satışına dəstək göstərilməsi məqsədilə  marketinq kommunikasiyasına aid olan məzmunun yoxlanılması və lazımı hallarda tövsiyələrin verilməsi;
  • Ünsiyyət, tədqiqat, təşkilatçılıq, problem həll etmə, analitik yazı və təqdimat bacarıqları;

Vəzifə üzrə tələblər:

  • Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi, BİM  və.s) təhsil;
  • Kommersiya  istiqamətində 2 il iş təcrübəsi;
  • Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
  • Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
  • İngilis dili və Rus dillərində səlis yazılı və şifahi 
  • Komanda şəklində işləmək bacarığı;
  • Hesabatlıq və təqdimat bacarığı;
  • Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
  • Mütəmadi olaraq ezamiyyəyə getmək imkanı
  • Sürətli poçt daşıması istiqamətində tərcübəyə üstünlük verilir

İş şəraiti

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı ; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “ Beynəlxalq daşımalar üzrə  satış şöbə müdiri” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. 

 

Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

 Son tarix 20 dek 2024  - [email protected]

Vəzifə öhdəlikləri:

  • Əməliyyat risklərinin təhlili, icrası və hesabatlığının aparılması
  • Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
  • Cəmiyyətin məhsul, xidmətlərinin və proseslərinin risk yönümlü təhlili;
  • Risklərin idarə olunması üzrə (limit, səlahiyyət təyini və risk indikatorların yaradılması) təkliflərin verilməsi;
  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;

Vəzifə üzrə tələblər:

  • Minimum 2/3 il iş təcrübəsi olan (Maliyyə, bank əməliyyatları, əməliyyat risklərin idarə olunması sahəsi üzrə arzuolunandır);
  • Yüksək səviyyədə MS Excel bilikləri (Power BI proqram – üstünlük verilir)
  • Komandada işləmək bacarığı
  • Təqdimat və ünsiyyət bacarığı
  • Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili -orta səviyyədə.
  • Sürətli öyrənmə qabiliyyəti
  • Stresə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. 

Seçilən
35
fed.az

1Mənbələr