AZ

"Honeywell Energy and Sustainability Solutions" şirkəti ilə iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCARprezidenti Rövşən Nəcəf "Honeywell Energy and SustainabilitySolutions" şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vestilə görüşüblər.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumatyayıb.

Qonaqlara Azərbaycanın yaşıl enerji siyasəti və ölkəmizdəbərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülənişlər, həyata keçirilən layihələr barədə məlumat verilib.

Sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji keçidi,insan kapitalının inkişafı istiqamətləri üzrə ölkəmizin qarşısındaduran prioritetlər diqqətə çatdırılıb.

Görüşdə biznes mühitində dayanıqlı fəaliyyətə keçid, bərpaolunanenerji resurslarından istifadə və iqtisadiyyatda innovativmexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirəolunub.

Şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin enerjikeçidi istiqamətində təşəbbüslər üçün əhəmiyyəti qeyd edilib.

Tərəflər həmçinin, “Honeywell” şirkəti tərəfindən təqdim ediləninnovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarındanistifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti vəiqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkilibarədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
73
2
az.trend.az

2Mənbələr