“Sertifikatlaşdırma prosesindən uğurla keçmiş 55 min müəllimin maaşı artırılıb. 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10 faiz, 17 mindən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib”.
Bakuinfo.net Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Nəticədə əməkhaqqına 10 faiz əlavə tətbiq edilmiş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154,4 milyon proqnozlaşdırılıb”, – deyə nazir bildirib.