AZ

Bərpa olunan enerji layihələrində vergi güzəştləri

Dövlət-özəl tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi və infrastrukturun yaradılması ilə əlaqədar vergi azadolmaları tətbiq ediləcək.

Fins.az xəbər verir ki,  bu dəyişiklik Vergi Məcəlləsinə təklif edilən yeni tənzimləmədə əksini tapıb.

Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl tərəfdaşlar və bərpa olunan enerji mənbələrindən istifadə edərək elektrik enerjisi istehsal edən hüquqi şəxslər və fərdi sahibkarlar, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan layihələr üzrə dövlətlə bağlanmış müqavilələrə uyğun olaraq, 30 il müddətinə (tikinti dövrü də daxil olmaqla) müəyyən vergi güzəştlərindən (gəlir, mənfəət, əmlak, torpaq vergisi, idxalda ƏDV) faydalanacaqlar.

Bu güzəştlər 2024-cü il yanvarın 1-dən, yəni bir il əvvəldən tətbiq ediləcək.

Fuad Mədətov
Fins.az

Seçilən
14
fins.az

1Mənbələr