AZ

"166 Yükdaşıma və Logistika" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA

166 Yükdaşıma və Logistika

Hüquqşünas

Son tarix 20 dek 2024 - [email protected]

Tələblər:

  • Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil; 
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Təcrübə: Korporativ Hüquq sahəsində və məhkəmə təcrübəsi üzrə minimum 3 il;
  • Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı;
  • Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə,qərarları dəqiq vermək və güclü ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibi və rəsmiləşdirməsi;
  • Aidiyyatı orqanlara sorğu, məktub, ərizə və müraciətlər göndərmək, daxil olmuş müraciətləri müəyyən olunmuş vaxt ərzində cavablandırmaq;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericilik əsasında digər zəruri sənədlərinin hazırlanması;
  • Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
  • Şirkətin hüquqlarının və qanuni maraqlarının məhkəmə, hüquq-mühafizə, nəzarət, tənzimləyici və digər orqanlarda yüksək peşəkarlıqla təmsilçiliyinin təmin və təşkil edilməsi;
  • İcra işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
  • İddia ərizələrini hazırlamaq, apellyasiya, kassasiya və digər şikayətləri tərtib etmək;
  • Qanunvericilikdə baş vermiş dəyişiklikləri təqib etmək, müvafiq struktur bölmələri məlumatlandırmaq.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: 2000 + namizədin bacarıqlarına müvafiq olaraq arta bilər;
  • Ünvan: Yeni Həyat Plaza ( Zərifə Əliyeva küçəsi 55).

Uyğun namizədlərdən CV-lərini  “Hüquqşünas” başlığı altında elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Seçilən
16
fed.az

1Mənbələr