AZ

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda panel müzakirəsi keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 20-də COP29-un Urbanizasiya, Nəqliyyat və Turizm Günüçərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” adlıyüksəksəviyyəli panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, tədbirRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə ƏrəbistanıKrallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki AviasiyaTəşkilatının (ICAO) birgə təşkilatçılığı ilə baş tutub.

Paneldə hökumət rəsmiləri, sənaye liderləri və müxtəlifsektorlardan olan maraqlı tərəflər beynəlxalq aviasiyanındekarbonizasiyası mövzusunda müzakirəyə qatılıblar.

Tədbiri giriş sözü ilə açan ICAO Baş katibinin COP üzrənümayəndəsi Ceyn Hyup bildirib ki, beynəlxalq aviasiya qlobal əlaqəvə iqtisadi artım üçün əsas rol oynamağa davam etsə də, ICAO vəonun 193 üzv dövləti 2050-ci ilə qədər sektorun “Xalis Sıfır”karbon emissiyalarına nail olmaq öhdəliyini götürür. “Aviasiyadaekoloji cəhətdən təmiz yanacağın istehsalı və istifadəsiistiqamətində potensialın artırılmasına və maliyyələşməyə çıxışxüsusi səylər və əməkdaşlıq tələb edəcək”, – deyə Ceyn Hyupvurğulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovçıxışında iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığıngücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycanekoloji cəhətdən təmiz yük dəhlizlərini inkişaf etdirir, beynəlxalqekoloji standartlara cavab verən aşağı emissiyalı logistikanı vədayanıqlı yükdaşıma əməliyyatlarını dəstəkləyən siyasəti qəbuledir.

“Azərbaycan aviasiya sənayesində ekoloji cəhətdən təmiztəcrübələri daha da inkişaf etdirmək və həyata keçirmək üçünbeynəlxalq maraqlı tərəflərlə tərəfdaşlığa açıqdır”, – deyə ElminMəmmədov vurğulayıb.

Daha sonra Səudiyyə Ərəbistanı Krallığının EnergetikaNazirliyinin Proqram direktoru Məhəmməd Əl-Tayyar çıxışındaSəudiyyə Ərəbistanı Krallığının aviasiya sektorundakı problemlərihərtərəfli həll etmək, eyni zamanda real və davamlı həlləri təminetmək üçün göstərdiyi səyləri vurğulayıb. O, həmçinin qeyd edib ki,Səudiyyə Ərəbistanının daha dayanıqlı aviasiya sektoruna sadiqliyionun aşağı karbonlu aviasiya yanacaqlarının tədqiqinə və inkişafınaəhəmiyyətli sərmayə qoymasında, həmçinin ICAO kimi tərəfdaşlarıvasitəsilə beynəlxalq tanınmada özünü göstərir”.

Panel müzakirəsi ICAO Baş katibinin COP üzrə nümayəndəsi CeynHyupun moderatorluğu ilə keçirilib.

Tədbirdə spiker qismində London İmperial Kollecinin professoruSergey Kravçenko, “Saudi Aramco” şirkətinin vitse-prezidenti MusaabMəhəmməd Əlmulla, “Azərbaycan Hava Yolları” QSC-nin prezidentiSamir Rzayev, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA)Davamlılıq üzrə baş vitse-prezidenti Mari Ouens Tomsen, HavaNəqliyyatı üzrə Fəaliyyət Qrupunun (ATAG) icraçı direktoru HaldaneDodd, Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini NazimZiyadov və Asiya İnkişaf Bankının (ADB) Nəqliyyat üzrə direktoruCeyms Leder çıxış ediblər.

Paneldə aviasiya sektorunda emissiyaların azaldılması üçün güclüvə qabaqlayıcı qlobal tədbirlərə və ICAO-ya üzv dövlətlərin “XalisSıfır” (Net Zero) hədəfinə nail olmaq üçün potensial əməkdaşlıqimkanlarına dair müzakirələr aparılıb.

Eyni zamanda bu istiqamətdə beynəlxalq siyasət və çərçivələrininkişaf etdirilməsi ilə əlaqədar məsələlər, akademik dairələr,sənaye, hökumətlər və beynəlxalq təşkilatların diqqət yetirməliolduğu əsas sahələr barədə fikir mübadiləsi aparılıb.

“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
Seçilən
35
3
az.trend.az

4Mənbələr