AZ

Azərbaycanla Pakistan rəsmiləri görüşüb

Pakistan İslam Respublikasının Kəraçi şəhərində “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı işə başlayıb, tədbirdə Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Müdafiə Sənayesi Nazirliyindən "Sherg.az"a verilən xəbərə görə, nazir müavini müxtəlif ölkələrin hərbi sənaye məhsullarının nümayiş edildiyi stendlərlə tanış olub.
Sərgi çərçivəsində M.Baxışov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini İhsan Kaya, Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza, Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal və digər dövlət rəsmiləri, eləcə də özəl şirkətlərin nümayədələri ilə görüşüb.
Görüşlərdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi sənaye kompleksləri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Seçilən
29
2
sherg.az

3Mənbələr