Bu ilin əvvəlindən Rusiyada mal ətinin satış qiyməti xeyli artıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Vedomosti” Ət Emalçıları Milli İttifaqının hesablamalarına istinadən məlumat yayıb.Hələ 2023-cü ildə, noyabrın 11-dən 17-dək olan dövrdə ət emalı müəssisələri üçün mal ətinin qiyməti kiloqramı üçün 566 rubla çatıb, lakin artıq 2024-cü ildə ət emalı müəssisələri üçün mal ətinin qiyməti üç illik rekord... 700 rubl təşkil edib.
Bundan əvvəl “Rossiyskaya qazeta” yazmışdı ki, ekspertlərin fikrincə, 2024-cü ildə ölkədə ət istehlakı rekordu yeniləyərək, ildə adambaşına 83 kq-a çatacaq.
Əli Babayev