Su xətləri çəkilib, sayğaclar quraşdırılıb, hətta bir müddət mənzillərə su da verilib... Ancaq bir neçə aydır ki, sakinlər içməli su üzünə həsrət qalıblar...
Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonu Qobu qəsəbəsindəndir.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən vətəndaşlar bildirirlər ki, öz hesablarına əraziyə su xətti çəkdiriblər, hətta aidiyyəti qurum tərəfindən mənzillərə sayğaclar da quraşdırılıb. Hazırda isə mənzillərə verilən su kəsilib. Sakinlərə su borularının diametrinin böyüdüləcəyi deyilib. Amma nə xətlər yenilənir, nə də mənzillərə suyun verilişi bərpa olunur.
Abşeron Su və Meliorasiya Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə problemdən xəbərdar olduqlarını bildirdilər. Artıq əraziyə baxış keçirilib.
O, da qeyd edilib ki, məsələnin həlli ilə əlaqədar su xətlərinin yenilənməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.