AZ

Səudiyyə Ərəbistanında 100-dən çox əcnəbini edam ediblər

Səudiyyə

Səudiyyə Ərəbistanı 2024-cü ildə rekord sayda əcnəbinin edam edildiyi ölkə kimi yadda qalıb.

Reyting.az
AFP-BNS-ə istinadla xəbər verir ki, bu il Səudiyyə Ərəbistanı Krallığında edam cəzasına məhkum olunmuş əcnəbilərin sayı 100 nəfəri ötüb.

Narkotik qaçaqmalçılığına görə məhkum edilmiş Yəmən vətəndaşı isə şənbə günü ölkənin cənub-qərbində yerləşən Nəcran şəhərində edam olunub.

Səudiyyə Ərəbistanı Krallığının hökumət mətbuatında dərc olunmuş məlumatlara əsasən, 2024-cü ildə, çox az bir müddət ərzində krallıqda həbs olunan 101 əcnəbi vətəndaş barəsində bu və ya digər fəaliyyətlərinə görə ölüm hökmü çıxarılıb.

Xatırladaq ki, əcnəbi şəxslərlə bağlı bu edam statistikası 2022 və 2023-cü illərlə müqayisədə təxminən üç dəfə çoxdur.

Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı, İnsan Haqları üzrə Avropa Təşkilatında hüquqi direktoru kimi məsul vəzifə tutan Taha Alhac bu faktı təəssüflə təsdiqləyib. Alhac deyib ki, əvvəllər Səudiyyə Ərəbistanında il ərzində 100-dən çox əcnəbini edam etməyiblər.

Ümumilikdə 2024-cü ilin statistikasına görə Səudiyyə Ərəbistanında 274 nəfər edam edilib ki, bunun da 101 nəfəri əcnəbidir.

Oqtay QORÇU
Seçilən
19
reyting.az

1Mənbələr