AZ

Tualatə telefon gedənlər xərçəngə yoluxa bilər...

Bu gün bəxi şəxslər tualetə telefonla gedir.

Mütəxəssislər isə smartfonla tualetə getməyin düzgün olmadığını düşünür.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki,mobil telefonu tualetə aparmamaq daha yaxşıdır:

“Smartfonlarda bağırsaq çubuqları ilə yanaşı, müxtəlif patogenlərin, o cümlədən iltihab və tənəffüs problemlərinə səbəb ola bilər. Mobil telefonla tualetə gedən şəxslər, orada daha çox zaman keçirir. Tualetdə çox zaman keçirən zaman anal bölgədə uzun müddət sıxılma olur. Anal bölgədə sıxılma hemoroidin patogenezində risk faktoruna səbəb olur. Buna görə də hemoroid şikayətləri artır. Smartfon telefonları ayaqyoluna özü ilə aparan şəxs yüksək ehtimalla zəhərli bağırsaq infeksiyasına yoluxacaq. Gigiyenik qaydalar əhəmiyyəti əvəzedilməzdir. Bu qanunu pozmaq isə dəhşətli əziyyətlərə bərabərdir. Çünki patogen mikroorqanizmlər təkcə əl dərisində qərarlaşmır, onlar istənilən yerdə sərbəst yaşayır. Smartfon və ya planşetin ekranını vaxtaşırı olaraq dezinfeksiyaedici vasitələrlə təmizləmək faydalı olacaq. Spirtlə və ya sirkəyə azca batırılmış pambıqla telefonu ehmalca təmizləyin. Ekranın təmizləməsi nəmli salfetlərlə də mümkündür".

Sevinc

Seçilən
47
hit.az

1Mənbələr