Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə COP29-a həsr olunan “Təbiətin rəngi” adlı sərgi açılıb.
SİA-nın əldə etdiyi məlumata görə, muzeydən bildirilib ki, sərgidə İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin əsərləri nümayiş olunub.
Sərgi noyabrın 25-dək davam edəcək.