"Bu gün akademik Rəfael Hüseynovun librettosu əsasında yazdığım "Nəsimi" operasının premyerasıdır və təbii olaraq həyəcanlıyam. Böyük mütəfəkkir Nəsiminin həyatında baş verən olayları əhatə etmək mümkün deyil. Amma çalışdıq tamaşaçı üçün maraqlı ola biləcək məqamları operada cəm edək. Arzum budur ki, "Nəsimi" operasının ömrü uzun olsun".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Nəsimi" operasının bəstəkarı, Xalq artisti Siyavuş Kərimi deyib.
"Opera nə qədər müddətə yazılıb?" sualına Siyavuş Kərimi "Əsəri pandemiya zamanı evdən çıxmayaraq altı ay müddətinə bitirə bildim" deyə cavab verib.