AZ

TRACECA ilə yükdaşımaların həcmi 7,5 milyon ton olacaq - Baş katib

Orta Dəhlizə böyük tələbat var, hər il onun vasitəsilə yükdaşımaların dinamik inkişafı qeydə alınır.

"Unikal" xəbər verir ki, bunu report-a müsahibəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev deyib.

“Hazırda bu dəhliz uğurludur, yəni onun vasitəsilə yüklərin daşınması mümkündür və bu mərhələdə onun kifayət qədər ötürücülük qabiliyyəti var. Bəli, onun inkişafa, dar yerlərin həllinə ehtiyacı var. Ölkələr də məhz bunun üzərində işləyirlər, intensiv müzakirələr gedir, həll yolları axtarılır”, - o bildirib.

Asavbayevin sözlərinə görə, iştirakçı ölkələr arasında bu marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona çatdırılmasını nəzərdə tutan fəaliyyət planı qəbul edilib.

“Bu rəqəmə - 10 milyon tona, elan olunduğu kimi, yaxın 2 ildə, yəni 2025-2026-cı illərdə nail olunması planlaşdırılır. Məsələn, bu ilin ilk 10 ayında Xəzər dənizi ilə artıq 6,4 milyon tondan çox yük daşınıb. Ona görə də biz bu il böyük ehtimalla 7-7,5 milyon tona çatacağımızı görürük”, - o qeyd edib.

Baş katib həmçinin COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və ondan kənarda” mövzusunda keçirilən nazirlərin dəyirmi masa görüşünü yüksək qiymətləndirib.

“Qeyd etmək vacibdir ki, dəyirmi masa aktual məsələlərə həsr olunub. Bunlar Orta Dəhlizin rəqəmsallaşması, dayanıqlılığı məsələləridir”, - Baş katib söyləyib.

Seçilən
15
50
unikal.az

10Mənbələr