AZ

Ana, körpə ölümü, abortların sayı… - Deputat

Azərbaycanda 2000-ci ildə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayı 313 idi. 2023-cü ildə isə bu say 3 dəfə azalaraq 106-ya düşüb.

Axar.az xəbər verir ki, bunu 2025-ci ilin dövlət büdcəsinin Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında müzakirəsi zamanı deputat Hicran Hüseynova deyib.

O bildirib ki, ölkədə ana və körpə ölümlərinin, abortların sayı isə artıb:

“Bu sahədə peşəkar kadrların hazırlanmasına ehtiyac var. Xüsusən kənd yerlərində peşəkar şəxslərin işləməsi məqsədəuyğundur”.

Seçilən
27
1
axar.az

2Mənbələr