“Unbowed France” partiyası Fransa prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması üçün prosesə başlamaq üçün müraciəti yenidən təqdim edib.
Turkustan.azxəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb .
“Qanunvericilik Komissiyasının sədri Florent Budye indi bizim təşəbbüsümüzə baxmalıdır. Əgər imtina edərsə, o, bizim konstitusiya haqqımızı pozmuş olacaq”, - partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano bildirib.
Qeyd olunur ki , sorğu Fransa parlamentinin aşağı palatası tərəfindən təsdiqlənib.
Aytən Yaşar/ Turkustan.az