AZ

"Hizbullah" İsraillə danışıqlar üçün şərt qoydu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Livanın "Hizbullah" hərəkatı ölkənin suverenliyinin qorunub saxlanılması şərti ilə İsraillə dolayı atəşkəs danışıqlarını davam etdirməyə razıdır.
Oxu.Az-ın xəbərinə görə. Bu barədə RİA Novosti məlumat yayıb.
Bundan əlavə, təşkilat atəşkəs danışıqlarına paralel olaraq İsrailə qarşı hərbi əməliyyatları davam etdirmək qərarına gəlib.
"Biz qərara gəldik ki, iki paralel yolumuz olacaq: Birincisi, döyüş meydanından alınan məlumatlara uyğun olaraq artacaq hərbi addımlardır və bu, davam edəcək... İkinci yol isə danışıqlar yoludur. Bu, o deməkdir ki, danışıqlar üçün hərbi əməliyyatlar dayandırılmayacaq", - "Hizbullah" lideri Nəim Qasım bildirib.
Seçilən
22
2
oxu.az

3Mənbələr