AZ

Alimlər siqaretin immuniteti necə məhv etdiyini  müəyyənləşdiriblər

Alimlər Alimlər siqaretin immuniteti necə məhv etdiyini

Siqaret çəkmək boğazın mikrobiot balansını pozur və qripin gedişatını ağırlaşdırır.

İsveçrənin Bern Universitetinin alimləri siqaret tüstüsünün təsirinin siçanların boğaz mikroflorasının balansını pozduğunu aşkar ediblər. Bu, A qrip virusunun yaratdığı infeksiyaların ağırlığını artırır.

E-saglam.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, tədqiqatın nəticələri "mSystems" portalında dərc olunub.

Məlum olub ki, siqaret tüstüsünün xroniki təsiri tənəffüs sisteminə ciddi zərər vurur. Lakin siqaret çəkmənin toxuma və orqan mikroflorasına təsiri yalnız son illərdə tədqiq olunmağa başlanıb.

Yeni tədqiqat zamanı alimlər siçanları siqaret tüstüsünə məruz qoyublar və onların sağlamlıq vəziyyətini adi havayla nəfəs alan kontrol qrupla müqayisə ediblər. Tüstünün birbaşa təsiri ilə mikrobiotanın dəyişiklikləri arasındakı fərqi öyrənmək üçün mikroflorası pozulmuş siçanlardan bakteriyaları, öz mikrobiotası olmayan genetik modifikasiya olunmuş siçanlara köçürüblər.

A qripi virusu ilə yoluxdurulmuş siçanlarda məlum olub ki, “siqaret çəkən” siçanlardan mikrobiota almış heyvanlarda xəstəlik daha ağır keçib. Bu, daha çox çəki itkisi ilə özünü göstərib.

Bundan əlavə, yoluxmadan dörd və səkkiz gün sonra siçanların boğaz mikrobiotasında əhəmiyyətli neqativ dəyişikliklər qeydə alınıb. Dəyişikliklər antiviral müdafiənin zəifləməsi ilə əlaqəli olub.

Alimlərin fikrincə, əldə edilən nəticələr qismən insanlara da tətbiq oluna bilər. Lakin bu fərziyyəni təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.

E-saglam.az

Seçilən
19
2
e-saglam.az

3Mənbələr