AZ

Təsnifat qaydaları ilə gömrük güzəştləri daha şəffaf olacaq

Gömrük rüsumlarına tətbiq edilən güzəşt və azadolmaların dövlət büdcəsinə təsirini qiymətləndirmək üçün onların təsnifləşdirilməsi qaydası müəyyən ediləcək.

Fins.az xəbər verir ki, bu dəyişikliklər “Gömrük tarifi haqqında” qanuna təklif olunub.

Nazirlər Kabineti tərəfindən hazırlanacaq qaydalar əsasında güzəşt və azadolmalar təsnif ediləcək. Bu addım:

  • Gömrük güzəştlərinin iqtisadi təsirlərini daha dəqiq qiymətləndirməyə,
  • Ölkənin investisiya mühitini təkmilləşdirməyə,
  • Özəl və birbaşa xarici investisiyaların artırılmasına,
  • İqtisadiyyatın müxtəlif sahələrinin davamlı inkişafına dəstək verəcək.

Dəyişikliklər qəbul edildiyi halda ölkənin iqtisadi siyasətində şəffaflıq və effektivliyin artırılmasına töhfə verəcək.
 

Fuad Mədətov
Fins.az

Seçilən
17
fins.az

1Mənbələr