AZ

İsrail iki həftə ərzində buranı ilhaq edə bilər - Şok açıqlama

İsrail rəhbərliyi yaxın iki həftə ərzində İordan çayının qərb sahilini ilhaq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş mənbələrə istinadən öz bloqunda məlumat verib.

O qeyd edib ki, bütün Qəzza və İordan çayının qərb sahilinə nəzarət İsraildəki hazırda hökumətdə ciddi təsirə malik dini hüququn əsas tələbidir. Jurnalist İsrail liderlərinin yaxın gələcəkdə İordan çayının qərb sahilini rəsmən ilhaq etmək niyyətində olduğunu bildirib.

Jurnalist həmçinin vurğulayıb ki, İordan çayının qərb sahilindəki fələstinlilər İsrail polisi tərəfindən getdikcə daha amansız təzyiqlərinə məruz qalırlar.


Müəllif: Arzu
Seçilən
7
1
teleqraf.com

2Mənbələr