AZ

Bu tablo 121,2 milyon dollara satıldı - REKORD

Belçikalı sürrealist rəssam Rene Maqrittenin “İşıq İmperiyası” silsiləsindən olan rəsm əsəri Nyu-Yorkdakı "Christie’s" hərracında 121,2 milyon dollara satılıb. Bu da Maqritin əsərləri və ümumilikdə sürrealist rəsmləri üçün rekordur.

Valyuta.az xəbər verir ki, rəsmin yeni sahibinin adı açıqlanmır.

“İşıq İmperiyası” 17-si yağlı boya, 10-u quaş boyası ilə çəkilmiş 27 rəsm seriyasından ibarətdir. Bu əsərlərində belçikalı rəssam günəşli səma altında gecə mənzərəsini təsvir edərək işığı araşdırıb. Əsərlər 1940-1960-cı illərdə yaradılıb. Dünən satılan tablo 1954-cü ildə Rene Maqritte tərəfindən çəkilib və seriyanın ən yaxşısı hesab olunur. 

Paşa Məmmədli

Seçilən
36
valyuta.az

1Mənbələr