AZ

Baltikdə telekommunikasiya kabellərini Çin gəmisi qırıb? – Araşdırma başlandı

Baltik dənizinin dibi ilə çəkilən iki telekommunikasiya kabelinin eyni anda qırılması Çin gəmisinin işidir.

Musavat.com xəbər verir ki, bu məlumatı Almaniyanın Bild nəşri yayıb.

Nəşr yazır ki, yalnız bir nöqtədə bir-birinə 10 metr məsafədə yaxın olan kabellərin eyni vaxtda qırılması bu işin qəsdən törədilməsini göstərir. Həmin kabellər Almaniya və Finlandiya, eləcə də Litva və İsveç arasında rabitə yaradır.

Hadisədə Rusiya vətəndaşından şübhələnilir. Qeyd olunur ki, Çinə məxsus “Yi Peng 3” yük gəmisi qəribə marşrutla hərəkət etdiyi üçün kabeli zədələyə bilərdi. Üstəlik, nəşrin məlumatına görə, gəminin kapitanı rusdur. Britaniyanın Financial Times (FT) qəzeti MarineTraffic dəniz izləmə qrupunun verdiyi məlumatlara istinadən xəbər verir ki, Rusiyanın Ust-Luqa limanından Misirin Port Səidinə hərəkət edən gəmi İsveç-Litva və Finlandiya-Almaniya kabellərinin yaxınlığından keçib: “İsveç hər iki insidentlə bağlı təhqiqat başlatdı və istintaqla tanış olan insanların sözlərinə görə, Yi Penq 3-ün təxribatda hansı rol oynadığını araşdırır”.

Bundan əlavə, Finlandiya Mərkəzi Kriminal Polisi Almaniya ilə Finlandiya arasında yeganə telekommunikasiya kabeli olan C-Lion1-in qopması ilə bağlı cinayət işi açıb: "İddia edilən cinayət əməli hazırda ağırlaşdırılmış zərər və rabitə vasitələrinə ağır müdaxilə kimi araşdırılır".

Qeyd edək ki, hər iki hadisə noyabrın 18-də baş verib.

 

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr