AZ

UEFA bu milli komandaya texniki məğlubiyyət verdi

UEFA Millətlər Liqasının 5-ci turundakı matçda meydanı erkən tərk edən Kosovo yığmasını cəzalandırıb. 

Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rumıniya rəqibin bu hərəkətinə görə 3:0 hesablı texniki qələbə qazanıb.

Rumıniya millisi isə fanatların irqçi şüarlarına görə növbəti ev oyununu azarkeşsiz keçirəcək.

Qeyd edək ki, Rumıniya - Kosovo matçının 93-cü dəqiqəsində yerli azarkeşlər Serbiyanın adını qışqırmağa başlayıb. Bu səbəbdən oyun yarımçıq qalıb və qonaq komandanın futbolçuları meydanı tərk edib.

Seçilən
12
11
azreform.info

10Mənbələr