AZ

Onu PSJ də hədəfə alıb

Xviça Kvaratsxeliyanın növbəti mövsümə Fransada başlamaq şansı var. PSJ “Napoli”nin futbolçusunu hədəfə alıb.

“La Gazzetta dello Sport”un məlumatına görə, parislilərin baş məşqçisi Luis Enrike gürcüstanlı futbolçunun böyük pərəstişkarıdı və onu hücumun sol cinahını gücləndirməyə qadir oyunçu kimi görür.

Amma “Napoli” 23 yaşlı vingeri sıralarıda saxlamağa çalışır. Lakin tərəflər təzminat məbləği ilə bağlı razılığa gələ bilmədikləri üçün müqaviləni yeniləməklə bağlı çətinlik yaranıb. PSJ isə bu vəziyyətdən əla fürsət kimi yararlanmağı və Kvaratsxeliyanı transfer etməyi planlaşdırır.

Xviça bu mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
23
football-plus.az

1Mənbələr