AZ

Deputat QHT-lərə ayrılan vəsaitdə artımın 8,5% deyil, 15-20% civarında olmasını istədi!

Bu gün Milli Məclisin Gənclər və İdman, İctimai Birliklər və Dini Qurumlar, eləcə də Mədəniyyət Komitələrinin birgə iclasında 2025-ci ilin büdcə zərfi müzakirə edilib.

Təqdim olunan layihəyə əsasən, 2025-ci il dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün 7,4 milyon manat vəsait ayrılması planlaşdırılır.

QHT.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Allahverənov çıxışında bildib ki, büdcə proqnozlarına əsasən QHT-lərə ayrılan vəsaitdə 8,5% artım nəzərdə tutulub. Lakin bu artımın daha yüksək - 15-20% civarında olması, daha effektiv fəaliyyətlər həyata keçirmək üçün imkan yarada bilərdi.

Seçilən
19
qht.az

1Mənbələr