AZ

Gürcüstanlı nazir: Bakı-Tbilisi-Qars xətti Orta Dəhlizi gücləndirir

Bakı-Tbilisi-Qars xətti Azərbaycan, Gürcüstan və Türkiyəni birbaşa birləşdirən Orta Dəhlizi gücləndirir. Gürcüstanda dəmir yolunun modernləşdirilməsi başa çatmaq üzrədir ki, bu da magistral dəmir yolu xəttinin səmərəliliyini artıracaq, eyni zamanda, illik ötürmə qabiliyyətini 27 milyon tondan 48 milyon tona çatdıracaq.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində təşkil olunan “Davamlı və rəqəmsal Orta Dəhliz və başqaları” mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı deyib.

“Qərb magistralının tikintisi sürətlə davam edir və onun yollarının 70 faizi artıq nəqliyyat üçün açıqdır. Yeni yollar Avropa yol təhlükəsizliyi standartlarına uyğun dizayn edilib”, -deyə nazir bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkədə intermodal vasitələrin və logistika mərkəzlərinin inkişafına kömək etmək, müxtəlif nəqliyyat növləri ilə yüklərin səmərəli daşınmasını təmin etmək, daha dayanıqlı təchizat zəncirlərini dəstəkləmək öhdəliyi götürür.

“Gürcüstan beynəlxalq nəqliyyat standartlarına və ən yaxşı təcrübələrə sadiqliyini təsdiq edən nəqliyyat infrastrukturu sazişinin, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) tərəfidir. Mən dəhlizin daha dayanıqlı, etibarlı və cəlbedici olması, eləcə də davamlı inkişaf gündəliyimizin həyata keçirilməsində irəliləyiş üçün daha sıx əməkdaşlığa hazır olduğumuzu təsdiq etmək istərdim”, -deyə L.Davitaşvili vurğulayıb.

Seçilən
109
50
yeniazerbaycan.com

10Mənbələr