AZ

Qızılın qiyməti rekord həddə çatacaq - PROQNOZ

2025-ci ilin sonuna qədər birjada qızılın unsiyası 2900 dollara qədər yüksələcək. 

Valyutaı.az xəbər verir ki, bu barədə "Bloomberg" UBS proqnozuna istinadən yazıb.

Hesabatda göstərilir ki, 2026-cı ilin sonuna qədər qızılın qiyməti bir unsiya üçün 2950 dolları keçəcək.

Qiymətli metal ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi və qlobal qeyri-müəyyənliyin artması ilə dəstəklənəcək.

Qızıl 2024-cü ildə bazarda ən yaxşı performans göstərən aktivlərdən biridir. Qiymətli metalın qiymətləri dolların bahalaşması ilə ABŞ-da prezident seçkilərindən sonra geri çəkilmədən əvvəl 10 ay ərzində ardıcıl rekordlar vurub.

Yanvar ayından qızıl təxminən 30% bahalaşıb. Tarixi rekord oktyabrın 30-da qeydə alınıb. Həmin gün hərracda qiymətli metalın qiyməti bir unsiya üçün 2801,8 dollara qalxıb.

Bu gün, noyabrın 20-də, Çikaqo Ticarət Birjasında (CME) dekabrın 20-də qızıl fyuçersləri bir unsiya üçün 2622-2645 dollar diapazonunda ticarət edilir.

Paşa Məmmədli

Seçilən
44
15
valyuta.az

10Mənbələr