AZ

"Müharibənin dəhşətli bədəli": İsrail 800 hərbçisini itirib - "İsrail Müdafiə Ordusu"

"1973-cü ilin "'Qiyamət Günü" savaşından bəri bu, ən böyük itkilərdir..."
 
İsrail ordusunun açıqladığı hesabatda Qəzza bölgəsində Netanyahu rejiminin amansızcasına qətlə yetirdiyi 45 minədək dinc sakin haqqında bircə kəlmə də deyilmir...
 
2023-cü ilin oktyabrın 7-dən bu günə kimi Qəzza və Livanda aparılan müharibə nəticəsində İsrail 800 hərbi qulluqçusunu itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "İsrail Müdafiə Orsusu"nun açıqladığı hesabatında deyilir. Məlumatı  "vesty.co.il" nəşri yayıb.
 
Məlumatda deyilir ki, bu, 1973- cü ilin "Qiyamət Günü" savaşından bəri ən  böyük itkilərdir. Onların 757-si kişi və 43-ü qadındır.
 
Ən qanlı ay 2023-cü ilin oktyabr ayı olub, o zaman 342 hərbi qulluqçu həlak olub, onların böyük hissəsi "qara şənbə" zamanı, oktyabrın 7-də həyatlarını itirib. İsrail ordusunun döyüşçüləri Qəzza yaraqlıları ilə qarşıdurmada Otef-Aza sakinlərinin müdafiəsi zamanı həyatlarını itirib.
 
Hazırda müharibə bir neçə cəbhədə davam edir. Qəzza bölgəsində yerüstü əməliyyat 26 oktyabr 2023-cü ildə, Livanın şimalında 30 sentyabr 2024-cü ildə başlayıb. Paralel olaraq İudeya və Samariyada da döyüş əməliyyatları aparılıb.
 
Qəzzada yerüstü əməliyyatlar başlanandan 375 hərbi qulluqçu həlak olub, onlardan biri qadındır. Livanda 44 döyüşçü, İudeya və Samariyada 11 döyüşçü həlak olub. İtkilər həmçinin raket atəşləri və kamikadze-dronların partlayışı nəticəsində baş verib.
 
Həlak olanlar arasında 272 ehtitatda olanlar var. Ehtiyatda olan döyüşçülər oktyabrın 7-dən döyüşməyə başlayıb, bir çoxları hələ çağırış vərəqələri almadan döyüşə qatılıb. Həmçinin 143-ü təcrübəli hərbi qulluqçulardır. Qalanları 22 yaşadək olan həqiqi hərbi xidmətdə olanlardır.
 
Həlak olan hərbi qulluqçuların 180 nəfər həyat yoldaşı dul qalıb, onlardan 27 nəfəri ərləri həlak olan zaman hamilə olub. 44 ailənin bir nəfərdən çox yaxını həlak olub. Həlak olanların dörddə bir hissəsi komanda vəzifələrindədir. Onların arasında 69 bölmə, 20 tağım, 63 bölük, 7 tabor komandiri müavini, 5 tabor komandiri və 4 briqada komandiri olub.
 
İsrail ordusunun saytında həlak olan bütün hərbi qulluqçular barədə məlumatlar dərc edilir. Dörd nəfərin-çavuş Ron Şerman və Ori Danino, həmçinin kaprallar Nik Beyzer və Noa Martsianonun ölüm tarixləri yoxdur. Onlar HƏMAS tərəfindən oğurlanıb və naməlum şəraitdə həlak olub.
 
Qeyd edək ki, təqdim edilən hesabatda Qəzza bölgəsində Netanyahu rejimi tərəfindən 45 minə yaxın dinc sakinin amansızcasına qətlə yetirilməsi, onlardan 70 faizinin uşaqlar və qadınlar olması barədə bircə kəlmə də deyilmir. Hazırda İsrailin Qəzza və Livanda döyüş əməliyyatları davam edir.
Seçilən
18
1
moderator.az

2Mənbələr