AZ

“TikTok”da tanış olduğu adama 300 min pul köçürdü

51 yaşlı qadın sosial şəbəkədə tanış olduğu dələduz tərəfindən aldadılıb. Bölgə polisi vətəndaşları hədəf alanların qəribə sxemi barədə xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaqları ilə birlikdə ABŞ-a köçmək istəyən Ukraynalı qadın “Yəmənli bir cərrah”la bir neçə ay ünsiyyətdə olub. Adam pulu alandan sonra yoxa çıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, vətəndaşların internetdə fırıldaqçılar şəbəkəsinin qurbanı olması ilk dəfə deyil. Fırıldaqçılar gələcək qurbanların etimadını qazanır və özlərini “şahzadələr”, “zəngin bəylər”, hətta “bu dünyaya inamını itirmiş dullar” kimi təqdim edirlər.

 

Oxşar hadisə Sumı vilayətinin Romenski rayonunun yaşayış məntəqələrindən birinin sakininin başına gəlib. Hələ 2024-cü ilin iyun ayında 51 yaşlı qadın özünü Jeff adlandıran naməlum kişi ilə “TikTok”da söhbət etməyə başlayıb.

 

Onlar müxtəlif mövzularda dialoq aparıb, bir-birləri haqqında daha çox məlumat öyrəniblər. Kişi, dul olduğunu və hərbi ortoped cərrah işlədiyini bildirib. 

 

“Fırıldaqçının qadını necə razı saldığı məlum deyil, lakin o, sentyabrın sonundan noyabrın əvvəlinə kimi ona verilən 20 (!) bank kartının nömrələrinə 300 min pul köçürüb. Qadın sonda başa düşüb ki, altı aya yaxın çox qəribə bir fırıldaqçı ilə ünsiyyətdə olub və cinayətlə bağlı polisə ərizə verib” – bəyanatda deyilir.

 

Bu, əvvəlcə başqa bir insanın etimadını qazanmağa həftələr sərf edən, sonra diqqətlə maliyyə fırıldağına əl atan dələduzların standart sxemidir. Belə fırıldaqçılar həmişə hər şeyi mümkün qədər tez qaytarmağa söz verirlər və pul köçürdükdən sonra birdəfəlik yox olurlar. Polis bu baş verərsə, dərhal əlaqəni dayandırmağı tövsiyə edir.

 

Aynil

Seçilən
19
sfera.az

1Mənbələr