AZ

Bu mənzillərdə yaşamaq daha sərfəlidir - Xərclər təxminən 4 dəfə azdır

Yeni binalardakı mənzillərin köhnə tikililərdəkinə nisbətən xeyli baha olması hər kəsə məlumdur. Hətta son illər daşınmaz əmlak bazarındakı dinamikanı nəzərə alsaq, bu iki seqment arasında qiymət uçurumunun yarandığını cəsarətlə söyləmək olar.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Ramil Qasımzadə köhnə binalarda xərclərin aşağı olduğunu xüsusi vurğulayıb:

“İlk növbədə, kommunal xərclər. Müqayisə üçün, köhnə mənzillərdə kommunal xərclər 1 kvadratmetrə görə 2 qəpik olduğu halda, yeni tikililərdə 10-15 dəfə daha bahadır. Əlbəttə, bu bir komfort məsələsidir. Yəni kim hansı formada və necə yaşamaq istəyirsə, seçimini məhz elə edir”. 

Ekspert qeyd edib ki, yeni tikililərdə aylıq xərclərin yüksək olması təqdim olunan xidmətlərin keyfiyyəti ilə əlaqədardır:

“Yeni tikililərin üstünlüyü odur ki, sakinlərə yeni imkanlar verir. Yəni mühafizə, bağban və s. xidmətlərə qədər seçimlər var. Bu xidmətləri nəzərə aldıqda, təbii ki, komfort baxımından üstünlük yeni tikililərədir. Amma maddi sərfəlilik cəhətdən köhnə binalar daha ucuzdur.

Məsələn, eyni kvadratmetr sahəyə malik olan hər hansı bir yeni tikili ilə köhnə tikili binanı müqayisə etsək, aylıq xərclərin təxminən 4 dəfə daha çox olduğunu görə bilərik.

Təbii ki, komfort nə qədər çox olursa, qiymətlər də o qədər yüksək olur. Bu baxımdan yeni tikili binaların özləri də bir neçə kateqoriyaya bölünür”.

Seçilən
11
1
news24.az

2Mənbələr