AZ

Perulu hücumçudan hakimə ciddi İTTİHAM

Peru yığmasının hücumçusu Xose Paolo Gerrero Argentina yığması ilə oyunun hakimini Vilmar Roldanı (Kolumbiya) tənqid edib.

İdman.biz xəbər verir ki, o, ədalət təmsilçisinin DÇ-2026-nın seçmə mərhələsində keçirilən qarşılaşmada Lionel Messidən çəkindiyini deyib.

Gerreronun fikrincə Roldan birtərəfli hakimlik edib: "Hakim bir komandanın tərəfində idi. Messiyə toxunmaq olmazdı. Ona dəyən kimi cərimə ilə cəzalanırsan. Amma mətbuat bunu yaxşı bildiyiniz halda heç nə demirsiniz".

Qeyd edək ki, Argentina yığması Peruya 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 55-ci dəqiqədə Lautaro Martines vurub.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr