AZ

“Putin və Tramp yaxında Ukrayna ilə bağlı danışıqlar apara bilər” – “Bloomberg”

“Rusiya lideri Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar apara bilərlər”.

Trkustan.az xəbər verir ki, bu barədə “Bloomberg”in köşə yazarı Andreas Klus yazıb.

Köşə yazarı qeyd edib ki, səlahiyyət müddəti başa çatan Prezident Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Amerika raketləri ilə zərbə endirmək icazəsindən sonra Vaşinqtonun danışıqlarda mövqeyini çətinləşdirib, ona görə də Trampın hərəkətlərini proqnozlaşdırmaq hələ çətindir.

Klus qeyd edib ki, seçilmiş prezidentin milli təhlükəsizlik siyasəti “güc vasitəsilə sülh” prinsipinə əsaslanır. Buna görə də Tramp “Moskvaya təzyiq etməyə hazır ola bilər”.

Qeyd edək ki, hələ prezident seçkilərindən əvvəl Tramp dəfələrlə bəyan edib ki, qalib gəlsə, Ukraynada hərbi əməliyyatların bitməsinə nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq./yeniavaz.com/

Seçilən
12
1
turkustan.az

2Mənbələr