Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də hökumətin iclasında çıxışı zamanı işıqlar bir neçə saniyəyə sönüb.Gununsesi.info xəbər verir ki, işıqların kəsilməsi səbəbindən hökumət başçısının çıxışı bir müddət yarımçıq qalıb.Vəziyyət mobil telefonunun işığında çıxışına davam edən baş naziri qəzəbləndirib.Paşinyan qeyd edib ki, bu gün bu məsələni Nazirlər Kabineti aparatının rəhbəri ilə müzakirə edib.“Biz daim elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılmasından danışırıq, lakin məsələ həllini tapmır. On il eyni göstərişi vermək olarmı?” – Paşinyan deyib.Ermənistanın baş nazirinin sözlərinə görə, ölkədə elektrik enerjisi keyfiyyətsizdir, hətta hökumət binasında belə, idarələrdə işıqlar daim yanır.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta