AZ

İnternetdən istifadə bu yaşda olan insanlarda depressiyanı azaldır - TƏDQİQAT

Honq-Konq Universitetinin çinli alimləri internetin böyük yaş qrupunda olan insanların psixi sağlamlığına təsirini araşdırıblar. 

 

Sfera.az xəbər verir ki, məlum olub ki, qlobal şəbəkənin yaşlı istifadəçiləri depressiyadan daha az əziyyət çəkirlər. Tədqiqat Nature Human Behavior (NHB) elmi jurnalında dərc olunub .

 

Təhlil 23 ölkədən 50 və yuxarı yaşda olan 87,5 mindən çox insanı əhatə edib.

 

Müəyyən edilib ki, internetdən gündəlik və ya həftəlik istifadə edən iştirakçılar, internetdən daha az istifadə edən və ya istifadə etməyənlərə nisbətən daha az depressiya əlamətləri və daha yaxşı sağlamlıq vəziyyəti barədə məlumat veriblər.

 

İnternetdən istifadə ilə depressiya əlamətləri arasında mənfi əlaqə ən çox 65 yaşdan yuxarı subay, ali təhsilli, daha az sosial təmasda olan, həftədə bir dəfədən az spirtli içki qəbul edən və oturaq vəziyyətdə olan, xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü göstərib.

 

Tədqiqatçılar qeyd ediblər ki, onların təhlili internetin yaşlı insanların psixi sağlamlığına təsirini qiymətləndirmək üçün bir neçə müxtəlif metodologiyaya əsaslanır, ona görə də nəticələr tam uyğun olmaya bilər.

 

İnci 

Seçilən
40
sfera.az

1Mənbələr