...Bir neçə aydır ki, Ukrayna hərbçiləri ilə döyüşlərin getdiyi Kursk vilayətinin sakinləri Vladimir Putinə videomüraciətlər yazır və kömək istəyirlər. Noyabrın 14-də Olqovka kəndinin sakinləri Rusiya prezidentinə müraciət ediblər. Onlar “lənətə gəlmiş müharibəni dayandırmağı” tələb edirlər,..çünki hazırda didərgin düşüblər, evlərinə qayıda bilmirlər.
Noyabrın 8-də “VKontakte” sosial şəbəkəsində Kremyanoye və Juravli kəndlərinin sakinləri tərəfindən videomüraciət dərc olunub. Yaşayış məntəqələrində gedən döyüşlər nəticəsində onlar evlərini itiriblər. Onlar məmurları evakuasiya yardımının olmamasında və mənzil sertifikatlarının verilməməsində ittiham ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, artıq bəzi etiraflarda bulunan rus saytları Rusiyanın Ukraynaya qarşı müharibəsindən əziyyət çəkən Kursk vilayətinin sakinlərinin hekayələrini danışırlar.
...Xatırladaq ki, 2024-cü il avqustun əvvəlində Rusiya hərbçiləri Olqovkanı Ukrayna əsgərlərinə təhvil verib. Yerli əhalinin sözlərinə görə, bu kənddən, eləcə də Kursk vilayətinin Korenevski rayonunun digər 22 kəndindən təxliyə filan olmayıb. Gülləbarandan qurtulmağa çalışan Olqovka sakinləri Kursk vilayətinin digər kəndlərində və ya Kurskun özündə məskunlaşıblar. Artıq üç aydır ki, tələskənlikdən iki dəfə bahalaşan kirayə haqqını ödəməyə, yeni məişət texnikası və paltar almağa, sənədləri bərpa etməyə məcburdurlar. Məmurlar isə onlara mənzil sertifikatı verməkdən imtina edirlər.
Olqovka kəndi sakinlərindən birinin dediyinə görə, bir çox həmkəndliləri kənddən çıxa bilmədilər və indi onların bəziləri ölüb, bəziləri də itkin düşüb.
Olqovka özü qorxu filminə bənzəməyə başlayıb, kəndin bərpasına ən azı beş il vaxt lazımdır.
Qonşu Korenevo kəndinin sakinləri də kəndlərinin dağıdıldığınıdesələr də, kənddə heç bir Ukrayna əsgərinin olmadığını da etiraf edirlər.
Kursk vilayətinin Olqovka və digər kəndlərinin sakinləri deyirlər ki, Kurskda kirayə haqqı iki dəfə artıb, qaçqınlar son üç ayda dövlətdən aldıqları bütün birdəfəlik ödənişləri buna xərcləyiblər.
...Evlərini itirmiş Kremyanoye və Juravli kəndlərinin sakinləri noyabrın 8-də Putinə analoji müraciətlə müraciət ediblər. Onlar məmurları evakuasiya yardımının olmamasında və mənzil sertifikatlarının verilməməsində ittiham ediblər.
...Bu müharibə bizi evsizlərə çevirdi, rəsmilər deyirlər ki, bizə sertifikat vermək olmaz, çünki o zaman biz guya Kursk bölgəsini tərk edəcəyik. Nəhayət, bizi eşit, Rusiya. Burada artıq müharibə gedir. Nəhayət oyan.
Qeyd edək ki, bu, Kursk əhlinin Putinə ünvanladığı müraciətdəndir.
Sakinlərin sözlərinə görə, onlar Putindən hələ də heç bir cavab almayıblar.
...Bir də axı prezident baş verənləri hələ də müharibə yox, “xüsusi hərbi əməliyyat” adlandırır.
Əli Babayev