AZ

İngiltərədə sosial media qadağan olunur - Bu şəxslər üçün 

Böyük Britaniyanın sosial media platformalarıan giriş məhdudlaşdırılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya üzrə Dövlət naziri Peter Kyle , ITV News-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, uşaqların təhlükəsizliyini qorumaq üçün yeni qanun layihəsi hazırlanıb: "16 yaşından kiçiklər üçün sosial media qadağasını artıq qəbul etməliyik. Uşaqlarımızı qorumaq üçün, bu, mütləqdir. Bunun daha da tezləşməsi üçün əlimdən gələni edirəm. Uşaqlarımızın, dövlətimizin gələcəyi, insanların təhlükəsizliyi ön planda olmalıdır"

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
24
1
mia.az

2Mənbələr