AZ

Moldova və Britaniya müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayıb

Moldovanın xarici işlər naziri Mixay Popsoi və onun britaniyalı həmkarı Devid Lammi müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Saziş Kişinyovda Rumıniya Xarici İşlər Nazirliyinin rəhbəri Luminita Odobeskunun da iştirak etdiyi üçtərəfli görüşdən sonra imzalanıb.

Təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında sazişlə yanaşı, görüşün yekunlarına görə, bu ölkələrin ərazisində qeyri-qanuni olan şəxslərin readmissiyası haqqında saziş də imzalanıb.

Seçilən
55
operativmm.az

1Mənbələr