AZ

"Araz-Naxçıvan"ın kapitanı məşqlərə başlayıb

"Dizim çoxdan idi ki, zədəli idi, meniskdən. Gec-tez məsələsi var idi. Ağrı olurdu, dizimi bərkidib oynayırdım".

İdman.biz "Sportal.az"a istinadən xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev deyib.

Dizindən əməliyyat olunmuş komandanın kapitanı fərdi məşqlərə start verdiyini bildirib: "Qismət belə oldu ki, məşqdə ağrıdı. Daha ciddi zədəyə oxşadı. "Şamaxı" ilə oyuna ağsaya-ağsaya çıxdım. Ondan sonra MRT göstərdi ki, vəziyyət gərgindi, əməliyyat olunmalıyam. Belədə, əməliyyat edildim. İndi durumum normaldır. Artıq yavaş-yavaş məşqlərə başlamışam. Fərdi məşq edirəm, qaçıram. "Kəpəz"lə oyuna demirəm. Amma hər şey istədiyim kimi olsa, həkimlər də icazə versə, "Turan Tovuz"la oyuna hazır olaram. Niyyətim odur ki, "Turan Tovuz"la matça hazır olum və oynayım".

Qeyd edək ki, " Araz-Naxçıvan" Misli Premyer Liqasının 14-cü turunda noyabrın 22-də "Kəpəz"in qonağı olacaq.

İdman.biz

Seçilən
22
idman.biz

1Mənbələr