AZ

Solçular yenidən Makronu hədəfə aldı

Fransada “İtaətsiz Fransa” partiyası yenidən prezident Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması üçün prosedur başlatmağa cəhd edir.

Musavat.com xəbər verir ki, AFP agentliyinin məlumatına görə, bu təşəbbüs Fransa Milli Assambleyasının Bürosu tərəfindən təsdiqlənib və müvafiq qətnamənin noyabrın 28-də təqdim edilməsi planlaşdırılır.

Qeyd etmək lazımdır ki, partiya bu cür təşəbbüsü əvvəllər, payızın əvvəlində də irəli sürmüşdü, lakin həmin vaxt təklif rədd edilmişdi. Hazırkı prosedur ölkə konstitusiyasının 68-ci maddəsinə əsaslanır və prezidentin vəzifədən kənarlaşdırılmasını nəzərdə tutur.

Bu hadisə Fransanın daxili siyasətində ciddi gərginliyin göstəricisidir. “İtaətsiz Fransa” partiyası solçu blokun əsas güclərindən biridir və Makronun idarəçiliyinə qarşı kəskin müxalif mövqedədir. Növbəti günlərdə prosesin necə inkişaf edəcəyini izləmək maraqlı olacaq. 

 

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr