Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonu sahillərində 15-i uşaq olmaqla 41 qeyri-qanuni mühacir tutulub.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ayvacık sahillərində Sahil Mühafizəsi hərəkətdə olan rezin qayıq aşkar edilib.
Qeyri-qanuni immiqrantlar prosedurlardan sonra Ayvacık Mühacir Ön Qəbul və Yönləndirmə Mərkəzinə təslim edilib.